Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilib – FOTO

17:05 - 08 / 08 / 2016
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilib – FOTO

Avqustun 8-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf və ticarət naziri Aleksey Ulyukayevlə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli sammiti ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası keçirilib.

Nazir Ş.Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının yaradılmasında məqsəd ölkələrimiz arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, eləcə də iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir.

İclasın Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli formatda görüşünə təsadüf etdiyini qeyd edən nazir Ş.Mustafayev dövlət başçılarının görüşünün tarixi hadisə olduğunu, bu görüşün əməkdaşlığa yeni impuls verəcəyini vurğulayıb.

Görüşdə bildirilib ki, ənənəvi olaraq hər il keçirilən və əlaqələrin inkişafında əhəmiyyətli olan növbəti Azərbaycan-Rusiya regionlararası forumunun bu ilin oktyabrında Azərbaycanda təşkili nəzərdə tutulur.

Azərbaycan və Rusiya şirkətləri tərəfindən reallaşdırılan layihələr və qarşılıqlı investisiya qoyuluşları barədə danışan Azərbaycanın İqtisadiyyat naziri müvafiq sahədə Qafqazda ən iri layihə olan “Socar Polimer”, dərman istehsalı və s. layihələr üzrə əməkdaşlığı, Azərbaycan şirkətlərinin Rusiyanın bir sıra regionlarında iri layihələr həyata keçirdiyini qeyd edib. İndiyədək Azərbaycan və Rusiya arasında son 3 ildə 30 biznes forum keçirilib. Belə tədbirlərin iqtisadi əlaqələrin inkişafı, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayan Ş.Mustafayev İşgüzar Şuraların fəaliyyətinə uğurlar arzulayıb.

Rusiya Federasiyasının İqtisadi inkişaf və ticarət naziri A.Ulyukayev ölkələrimiz arasında investisiya fəallığını qeyd edərək, maşınqayırma, investisiya, bank, gəmiqayırma və digər sahələrdə səmərəli əməkdaşlığı vurğulayıb. A.Ulyukayev Azərbycan-Rusiya arasında əlaqələrin genişlənməsində Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb.

Rusiyalı nazir İşgüzar Şuraların iclasının dövlət başçılarının üçtərəfli sammitinə təsadüf etməsini vurğulayaraq, iş adamları arasında əməkdaşlığın inkişafında İşgüzar Şuraların rolunu qeyd edib.

Sonra Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri İsgəndər Xəlilov və AZPROMO-nun rəhbəri Rüfət Məmmədov çıxış edərək, iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıblar.

Tədbir Azərbaycan və Rusiya tərəfindən kənd təsərrüfatı, maşınqayırma, səhiyyə, bank, neft-qaz, energetika və s. sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndəsinin iştirak etdiyi ikitərəfli görüşlərlə davam edib.

1news.az

Paylaş:
733

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər