İran prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 8-də başa çatıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
1news.az
533