SOCAR Ukraynada yeni şirkət təsis edib – FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” mayeləşdirilmiş qazın topdan və pərakəndə satışını həyata keçirmək üçün yeni şirkəti qeydiyyatdan keçirib.
1news.az “Report"”a istinadən xəbər verir ki, “SOCAR LPG"” adlı şirkət Çerkasıda qeydiyyatdan keçib.
Şirkətə Yekaterina Tamrazova rəhbər təyin olunub. O bildirib ki, yeni qurumun yaradılması SOCAR-ın Ukrayna nümayəndəliyinin strukturunda təbii qaz istiqamətinin gücləndirilməsi ilə əlaqədardır.
Y.Tamrazova avqustun 1-dən vəzifəsini icra edir. Bundan öncə o, “SOCAR Ukraine” şirkətinin strukturunda mayeləşdirilmiş qaz istiqamətinə nəzarət edib.
Qeyd edək ki, “SOCAR LPG”nin təsisçiləri rolunda Qalitsk Yanacaq Şirkəti və “SOCAR Ukraine” çıxış edir. Yeni şirkət “Ukrqazdobıça”nın avqustun 4-də keçirdiyi sonuncu hərracda debüt edib. Hərracda SOCAR 42 ton mayeləşdirilmiş qaz alıb.
1news.az