“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2682 nömrəli quyu qazmadan sonra istismara verilib.
1news.az-ın məlumatına görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1205-1187 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
1news.az
458