Salyanda sürücü iki inəyi vurdu, özü və 12 sərnişini xəstəxanalıq oldu
Salyan rayonunda 13 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, avqustun 8-də saat 07:00 radələrində Salyan rayonunun Ərəbqardaşbəyli kəndində Neftçala rayon sakini Elman Məmmədov idarə etdiyi “Ford-Tranzit” markalı mikroavtobusla (Bakıdan Neftçalaya gedən) yolun hərəkət hissəsində dayanmış 2 baş inəyi vurduğundan idarəetməni itirib avtomobili aşırıb.
Nəticədə sürücü və 12 sərnişin xəstəxanaya yerləşdirilmiş, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1news.az
425