Mənşəyi məlum olmayan 200 kq əti satmaq istəyən Türkiyə vətəndaşı tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənşəyi məlum olmayan 200 kq əti satmaq istəyən Türkiyə vətəndaşı tutulub

16:46 - 09 / 08 / 2016
Mənşəyi məlum olmayan 200 kq əti satmaq istəyən Türkiyə vətəndaşı tutulub

Mənşəyi məlum olmayan əti satmaq istəyən xarici ölkə vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov polisinin həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülmüş “Ergün Ucal” ət kəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kiloqram ət aşkar olunaraq götürülüb.

1news.az

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər