AZƏRTAC-ın əsasnaməsində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

AZƏRTAC-ın əsasnaməsində dəyişiklik edilib

17:57 - 10 / 08 / 2016
AZƏRTAC-ın əsasnaməsində dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 414; 2002, № 12, maddə 726; 2015, № 8, maddə 907) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"nin 13-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“13. AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir”.

1news.az

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər