Prezident “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunla bağlı fərmanında dəyişiklikləri təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunla bağlı fərmanında dəyişiklikləri təsdiq edib

19:44 - 10 / 08 / 2016
Prezident “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunla bağlı fərmanında dəyişiklikləri təsdiq edib

Prezident İlham Əliyev “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 151-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 793 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 589) 2-ci hissəsinin ikinci bəndindən “8.1.2-ci,” sözləri, 3-cü hissəsinin üçüncü bəndindən isə “6.2-ci,” sözləri çıxarılsın”.

1news.az

 

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər