SOCAR-ın yeraltı qaz kəmərini oğurlayan şəxslər tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR-ın yeraltı qaz kəmərini oğurlayan şəxslər tutuldu

21:50 - 10 / 08 / 2016
SOCAR-ın yeraltı qaz kəmərini oğurlayan şəxslər tutuldu

SOCAR-a (dövlət neft şirkəti) məxsus yeraltı qaz kəmərini oğurlamaq istəyən şəxslər saxlanılıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Qaradağ polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 15-də Səngəçal qəsəbəsi ərazisindən keçən “SOCAR” şirkətinə məxsus yeraltı qaz kəmərinin ümumilikdə 1232 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov tutulublar.

1news.az

 

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər