Ərdoğan Azərbaycanın beş rayonunun qaytarılması və Bakı-Ankara-Moskva üçtərəfli formatı haqqında | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan Azərbaycanın beş rayonunun qaytarılması və Bakı-Ankara-Moskva üçtərəfli formatı haqqında

14:45 - 11 / 08 / 2016
Ərdoğan Azərbaycanın beş rayonunun qaytarılması və Bakı-Ankara-Moskva üçtərəfli formatı haqqında

Rusiya-Azərbaycan-İran üçtərəfli formatının yaranmasında sonra, rəsmi Ankara yeni üçtərəfli mexanizmin – Türkiyə-Rusiya-Azərbaycan formalaşdırılmasına təşəbbüs göstərir.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Təklif edirik ki, Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli mexanizmini yaradaq. Azərbaycan bu məsələyə müsbət yanaşır, Rusiya da həmçinin müsbət reaksiyasını göstərdi”.

Ərdoğan qeyd edib ki, bu məsələ Azərbaycan və Türkiyə XİN rəhbərləri tərəfindən müzakirə olunub:

“Biz həmçinin hörmətli Putinlə bu barədə danışmışıq və müəyyən razılıqlara da gəlmişik. Əsas məqsədimiz – regionda baş verən bütün siyasi prosesləri diqqətlə, yerindəcə izləməkdir”.

“İlk növbədə Qarabağ məsələsi var. Bu məsələdə Türkiyənin də daxil olduğu Minsk qrupunun fəaliyyəti məhsuldar olmalı idi. Lakin son 23-24 ildə onun həmsədrləri  - Rusiya, Fransa və ABŞ bu problemi həll etmədi və ya etmək istəmədi”, Ərdoğan sözlərinə əlavə etdi.   

Dövlət başçısının sözlərinə görə, əgər söhbət işğaldan gedirsə və bu fakt hər kəs tərəfindən tanınıbsa, o zaman “problem nə üçün həll edilməyib?”.

Bununla yanaşı, Ərdoğan bu məsələdə müəyyən irəliləyişləri də vurğulayıb:

 “Hörmətli Putin bu məsələ üzərində çalışır. Eləcə də hörmətli Əliyev həmçinin mənə bunu izah etdi. Düşünürəm ki, ilk növbədə erməni işğalıda olan Azərbaycanın beş rayonu qaytarılarsa, o zaman regionda ciddi normallaşma prosesləri başlaya bilər”.

1news.az

 

 

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər