Şəkidə həmkəndlilərinin 148 metr uzunluğunda su borusunu oğurlayanlar ələ keçdi
Şəki rayonunda həmyerlilərinin su borularını oğurlayan şəxslər saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, avqustun 10-da Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Məkkə Məmmədovaya və Bənam İsmayılovaya məxsus həyətyanı sahələrdən ümumilikdə 148 metr su borusu oğurlanıb.
Şəki polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - həmkəndliləri Bəkir Bəkirov və Adil Səmədov saxlanılıblar.
1news.az
564