İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edəcək
İqtisadiyyat naziri Şahin Mustafayev avqustun 12-də Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
1news.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Heydər Əliyev prospekti, 95) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və “facebook” səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
1news.az