Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları təsdiq edilib
Prezident İlham Əliyev “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 135-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissədə “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” üzrə:
2.1. 2.3-cü bəndin dördüncü yarımbəndində, 3.2-ci bəndin ikinci cümləsində və 5.1-ci bəndin ikinci cümləsində “icra hakimiyyəti orqanları” sözləri “inzibati orqanlar” sözləri ilə əvəz edilsin;
2.2. 3.1-ci bəndin birinci cümləsində “icra hakimiyyəti orqanlarına” sözləri “inzibati orqanlara” sözləri ilə, 5.1-ci bəndin birinci cümləsində “icra hakimiyyəti orqanlarında” sözləri “inzibati orqanlarda” sözləri ilə əvəz edilsin;
2.3. 4.1-ci bəndin birinci yarımbəndində “icra hakimiyyəti orqanı” sözləri “inzibati orqan” sözləri ilə əvəz edilsin;
2.4. 5.2-ci və 5.4-cü bəndlərdə “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
2.5. 5.4-cü bənddən “(və ya)” sözləri çıxarılsın.
3. Həmin Fərmanla təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı” üzrə:
3.1. adında “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
3.2. “Daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanlarının adları” sütununun adında “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
3.3. 8-ci hissədə “Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin”.
1news.az