Fətullah Gülənin əmlakı müsadirə ediləcək | 1news.az | Xəbərlər
Dünya

Fətullah Gülənin əmlakı müsadirə ediləcək

13:35 - 12 / 08 / 2016
Fətullah Gülənin əmlakı müsadirə ediləcək

Türkiyənin Adana vilayət məhkəməsi Fətullah Gülənin əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, F.Güləndən başqa, məhkəmə Gülən hərəkatının bir sıra üzvlərinin də əmlakanın müsadirə edilməsi barədə qərar çıxarıb. Lakin onların adı açıqlanmır.

Bundan öncə İstanbul məhkəmsi F.Gülənin həbsi barədə qərar çıxarıb. Belə ki, F.Gülən Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunur.

Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Mövzu ilə əlaqədar oxuyun:       

Türkiyə dövlət qurumlarında təmizləmə: çevrilişə cəhd dəf edildikdən sonra neçə nəfər işdən çıxarılıb və həbs edilib? – FOTO

1news.az

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər