Meteoroloqlardan növbəti xəbərdarlıq: Hava şəraiti əlverişsiz olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 13-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraitinin olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 25-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa görə, avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.
1news.az