Çevrilişə qarşı mübarizəni "şou" adlandırdı, konsertləri ləğv olundu - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Çevrilişə qarşı mübarizəni "şou" adlandırdı, konsertləri ləğv olundu - FOTO

14:52 - 12 / 08 / 2016
Çevrilişə qarşı mübarizəni "şou" adlandırdı, konsertləri ləğv olundu - FOTO

FETÖ terror təşkilatının hərbi çeviriliş cəhdinə qarşı xalqın verdiyi mübarizəni "şou" olaraq xarakterizə etməsi səbəbiylə Sıla Gençoğlunun İstanbul, Ankara, Bursa və Kayseridəki konsertləri ləğv edilib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı İstanbul Böyükşəhər bələdiyyəsindən edilən şərhə görə, müğənni Sıla Gençoğlunun 21 və 22 sentyabrda Hərbiyə Cəmil Topuzlu açıq hava səhnəsində planlaşdırılan konsertlərinin FETÖ-nun hərbi çevriliş cəhdinə qarşı xalqın verdiyi mübarizəni "şou" olaraq xarakterizə etməsi səbəbiylə ləğv edilib.

Müğənninin Ankara, Bursa və Kayseridəki konsertləri də ləğv edilib.

Ankara Böyükşəhər bələdiyyə başçısı Melih Gökçek, Sılanın Ankarada reallaşacaq konsertinin ləğv edildiyini Twitter sosial şəbəkəsi vasitəsiylə söyləyib.

Bursa böyükşəhər bələdiyyəsinə bununla bağlı Bursa Mədəniyyət Sənət Turizm Birliyindən edilən şərhdə Sılanın 28 sentyabrda Bursa Kültürpark açıq hava teatrında reallaşması planlaşdırılan konsertinin ləğv edildiyi ifadə edildi.

Sıla təhqir məzmunlu şərhlərin ardından Instagram hesabındakı paylaşımlarının şərhlər bölümünü istifadəçilərin şərh etməməsi üçün bağlayıb.

C.A

Paylaş:
8691

Son xəbərlər

“Nar” sərfəli smartfon modellərini təqdim edir10 / 10 / 2024, 19:31Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək10 / 10 / 2024, 17:45Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTO10 / 10 / 2024, 17:06Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edib10 / 10 / 2024, 16:49Bakının məşhur məktəbinə direktor təyin olundu10 / 10 / 2024, 16:21Ötən ay külli miqdarda narkotik dövriyyədən çıxarılıb10 / 10 / 2024, 15:46“Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib - FOTO10 / 10 / 2024, 15:37Sabahdan temperatur enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 10 / 2024, 15:09INMerge sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildi10 / 10 / 2024, 14:54Dünya bazarlarında qızıl və gümüş cüzi bahalaşıb10 / 10 / 2024, 13:54Bakı sakininə 14 min manatlıq dələduzluq edilib10 / 10 / 2024, 13:47Hərbi Prokurorluq MN-lə birgə Xocavənddə tədbir keçirib10 / 10 / 2024, 13:296 nəfər sərhəd pozucusu saxlanılıb - FOTO10 / 10 / 2024, 13:03Sabahın hava PROQNOZU10 / 10 / 2024, 12:44Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı qərar elan olunub - FOTO10 / 10 / 2024, 12:21İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB10 / 10 / 2024, 12:05“SİMA Token”in onlayn sifarişi mümkün oldu10 / 10 / 2024, 11:48Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs tutulub10 / 10 / 2024, 10:50AMB 10 oktyabra olan valyuta məzənnələrini açıqladı10 / 10 / 2024, 10:33Azərbaycan nefti ucuzlaşıb10 / 10 / 2024, 10:22
Bütün xəbərlər