Maştağa və Buzovna qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Maştağa və Buzovna qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

11:14 - 12 / 08 / 2016
Maştağa və Buzovna qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat veriblər.

Məlumata görə, Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində  yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 12 avqust 2016-cı il tarixində gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər