“Kamaz” və “Maz” maşınları toqquşdu, sürücülərdən biri öldü
Kürdəmir rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşlara məxsus “Kamaz” və “Maz” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xİdmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış “Kamaz” markalı avtomobildən 1953-cü il təvəllüdlü Sabir Əsəd oğlu Paşayevin cəsədini çıxarıb və aidiyyatı üzrə təvhil veriblər.
1news.az
592