Xudatda dəhşətli cinayət: ata oğlu və qızı ilə birlikdə bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudatda dəhşətli cinayət: ata oğlu və qızı ilə birlikdə bıçaqlanıb

12:42 - 14 / 08 / 2016
Xudatda dəhşətli cinayət: ata oğlu və qızı ilə birlikdə bıçaqlanıb

Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Xudatda bir ailәnin üç üzvü - 1958 -si tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı 1991-ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulova bıçaqlanıblar.

Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.

Xaçmaz rayon Polis Şöbәsindәn verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxllanılıb. Onun Y. Mәmmәdrәsulovanın hәyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
779

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər