“Google”dan yeni əməliyyat sistemi - Fuchsia
“Google” şirkəti smartfon və kompüterlər üçün nəzərdə tutulmuş Fuchsia adlı yeni əməliyyat sistemi üzərində çalışır.
1news.az Technote-yə istinadən xəbər verir ki, yeni sistem gələcəkdə Android-i əvəz edə bilər.
Fuchsia adı eyniadlı bənövşəyi rəngli güldən götürülüb. Əməliyyat sistemi Magenta adlandırılan yeni nüvə əsasında çalışacaq. Qeyd edək ki, Android və Chrome OS, Linux nüvəsi əsasında çalışır.
Sistemin 32 və 64-bitlik prosessorlar tərəfindən dəstəklənəcəyi bildirilib. Hazırda şirkət yeni sistemin yaradılması xəbərini təsdiqləməyib. Lakin developerlər üçün olan məşhur “GitHub” saytında "Google” mühəndisləri artıq Fuchsia haqqında ilkin məlumatları paylaşıblar. Ola bilsin ki, onlar bir sistemin köməyi ilə digər iki sistemi (Android və Chrome OS) birləşdirmək istəyirlər.
Fuchsia developerərindən birinin sözlərinə əsasən, onlar tamamilə açıq qaynaq kodlu (open source) sistem yaratmağı planlaşdırırlar.
1news.az