Hindistanın baş naziri Twitter-də Bollivud ulduzlarından daha məşhurdur
Hindistanın baş naziri Narendra Moda 2 il ərzində Twitter-də izləyicilərin sayında görə məşhur Bollivud ulduzu Amitabh Baççanı geridə qoyub.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, N.Modi müasir kütləvi kommunikasiya vasitələrindən istifadə etməyi xoşlayır.
2014-cü ildə keçirilən seçkilər zamanı Modi fəal olaraq öz kampaniyası çərçivəsində sosial şəbəkələrdən istifadə edib.
Bunun sayəsində o, bu ilin yanvar ayında izləyicilərin sayına görə məşhur aktyor Şakruh Xanı, bu yaxınlarda isə Amitabh Baççanı ötüb.
Baş nazirin hal-hazırda 21 milyondan çox izləyicisi var.
Modi həm də Twitter-də ən populyar siyasətçilər arasında 2-ci yeri tutur.
Bu göstərici üzrə ilk yerin sahibi 76 milyon izləyicisi olan Barak Obama tutur.
1news.az