İrandan Azərbaycana 141 kq heroin keçirilməsinin qarşısı alınıb – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 141 kq heroin keçirilməsinin qarşısı alınıb – FOTO - VİDEO

10:13 - 15 / 08 / 2016
İrandan Azərbaycana 141 kq heroin keçirilməsinin qarşısı alınıb – FOTO - VİDEO

Avqustun 14-də Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıblar.

1news.az-ın DGK-dan verilən xəbərə görə, daxil olan əməliyyat məlumatına əsasən gömrükçülər tərəfindən İran İslam Respublikasından gələn Tacikistan Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Mohemmedemin Sabiroviç İsmoilovun idarə etdiyi “DAF” markalı, GP 6925 dövlət nömrə nişanlı ağır tonajlı yük maşını saxlanılıb.

Rentgen aparatı vasitəsilə maşına baxış keçirilib və əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.

Bundan sonra gömrükçülərlə sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomaşında yoxlama aparıb və nəqliyyat vasitəsindən ümumilikdə 141,156 kiloqram narkotik vasitə olan heroin aşkar olunub.

Nəqliyyat vasitəsini idarə edən sürücü ilkin ifadəsi zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Sürücü yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
702

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər