Dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb

10:36 - 15 / 08 / 2016
Dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qərarı ilə çoxsaylı dövlət əmlakının özəlləşdirilməsi sahəsində mühüm yeniliklərə başlanıb.

Komitədən 1news.az-a verilən məlumata görə, ƏMDK tərəfindən 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib.

Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər.

Hərraclar barədə məlumat ƏMDK-nin rəsmi orqanı olan “Mülkiyyət” qəzetində və Komitənin yenicə istifadəyə verilmiş Özəlləşdirmə Portalında yerləşdirilib.

İnvestorlar özəlləşdirməyə çıxarılan müəssisələr barədə geniş məlumatla Özəlləşdirmə Portalında (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r#) tanış ola bilərlər.

Bununla belə Komitə tərəfindən yerli və xarici investorların cəlb edilməsi üçün  6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti və gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanıb və qeyd olunan Özəlləşdirmə Portalında yerləşdirilib.

Qarşıdakı dövrdə çoxlu sayda dövlət müəssisə və obyektlərin mərhələli çəkildə özəlləşdirməyə çıxarılması planlaşdırılır.

Eyni zamanda ƏMDK tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nın özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edilib.

Azərbaycandakı özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə portaldakı bütün məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq.

Eləcə də, investorlar üçün onlayn məlumatlandırma sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat almaq mümkündür.

İnvestorlar onları maraqlandıran sualları ƏMDK-nin Facebook sosial şəbəkəsindəki səhifəsinə də ünvanlaya bilərlər. Həmçinin iddiaçılara yerlərdə baxış üçündə şərait yaradılacaq.

1news.az

Paylaş:
729

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər