Sürücülərin nəzərinə: 120-lik zolaqda hərərkət edərkən diqqətli olun - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin nəzərinə: 120-lik zolaqda hərərkət edərkən diqqətli olun - VİDEO

11:18 - 15 / 08 / 2016
Sürücülərin nəzərinə: 120-lik zolaqda hərərkət edərkən diqqətli olun - VİDEO

120-lik yolda avtomobili minimum 100-lə idarə etmək lazımdır.

1news.az  xezerxeber-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin  bölmə rəisi Vaqif Əsədov bildirib.

Yol hərəkəti üzrə ekspertlər isə bunun üçün həmin zolaqlarda minimum sürəti göstərən nişanın quraşdırılmasının vacib olduğunu deyirlər. Amma görünən odur ki, ''4.7'' nişanı sürətli yolda heç bir zolaqda yoxdur.

"120-lik zolaqda avtomobili yavaş sürənlər cərimə ediləcək.Əgər yolda 120 km/saat göstərilibsə, həmin zolaqda saatda 80-90 kilometr sürətlə sürmək olmaz. Həmçinin sürəti 80 km/saat göstərilən ərazidə isə 100-120 km/saat sürətlə hərəkət etmək qadağandır. Yolda qeyd edilən sürətdən az hərəkət etmək qəza şəraiti yaradır. Bu da Yol Hərəkəti Haqqında qanununda pozuntudur. Həmin pozuntuya əsasən, sürücü cərimələnə və ona qaydanı pozduğu üçün bal yazıla bilər" -  Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Qeyd edək ki, "Yol Hərəkəti Haqqında" Qanunun 50-ci maddəsinin VI fəslin 2-ci bəndində nəzərdə tutulur ki, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaqla qəza şəraiti yaranır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücüyə sol zolaqda aşağı sürətlə hərəkət etməsinə görə cərimə yazmaq qanunsuzdur.

Sözügedən məsələdə başqa bir məqam isə həmin zolaqlarda ''4.7'', yəni minumum sürəti göstərən nişanın olmamasıdır. Ekspert Ərşad Hüseynovun sözlərinə görə, əslində bu nişan yalnız yaşayış yerlərindən kənardakı ayrıca sürət zolağı olan yollarda olmalıdır. Əgər şəhərdaxili yollarda bu nişan yoxdursa, bu, qanun pozuntusu demək deyil.

C.A

Paylaş:
24561

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər