Azərbaycanda 2500 il yaşı olan saray tapıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 2500 il yaşı olan saray tapıldı - FOTO

14:22 - 16 / 08 / 2016
Azərbaycanda 2500 il yaşı olan saray tapıldı - FOTO

Beynəlxalq Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında 2500 il bundan əvvəl mövcud olan şəhər tipli böyük yaşayış yerində 2006-cı ildən arxeoloji qazıntı aparır.

1news.az Azərtac-a istinadən xəbər verir ki, ekspedisiyanın qənaətinə görə, qədim şəhərdə saraylar və digər tikililər bir-birindən xeyli aralı olmaqla, parkların, bağların arasında yerləşməklə divarlarla əhatələnib.

Böyük tikililərdə geniş sütunlu zalların, uzun dəhlizlərin olduğu qeyd edilir. Bu yaşayış yerindəki abidə eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər, 220 il mövcud olub və Əhmənilər imperiyasına məxsus Pasarqad, Persopol tikililəri ilə müqayisə olunur. Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yeri Əhmənilər imperiyasının bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzi olduğu güman edilir. Beynəlxalq ekispedisya Qaracəmirli yaxınlığında qədim yaşayış yerində hələlik bir neçə yerdə qazıntı apararaq böyük inzibati, təsərrüfat, istehsalat tikililərinin və dini abidənin qalıqlarını aşkarlayıb. Onlardan böyük sarayın qalıqları xüsusi əhəmiyyət kəsb edir.

Ekspedisiyanın rəhbəri İlyas Babayev deyib:

“Bu vaxta qədər burada 28 sütun altlığı tapılıb. Görünür, burada 100-dən çox sütun altlığı var. Sarayın 8 metr enində 25 metr uzunluğunda giriş hissəsi olub, onun arxasında 675 kvadratmetrdə audensiya zalı yerləşir, ətrafında isə dəhlizlər və böyük zallar var. Burada tapılan maddi mədəniyyət nümunələri azdı, ancaq elitardı. Gil qablar çox azdı. Halbuki saray olmasaydı, gil qablar çoxluq təşkil edərdi. Ən maraqlısı isə burada mixi yazıların olmasıdır”.

Hazırda ekspedisya saraya aid edilən 5-ci sahə adlanan ərazinin qazıntısını aparır. Beynəlxalq ekspedisiyanın tərkibində almaniyalı arxeoloqla yanaşı, milliyətcə yapon olan, Ankara Universitetinin magistrantı Masumi Uehara da iştrak edir.

Masumi Uehara bildirib ki, 10 gün davam edən qazıntılarda kərpic tikililər və onun bərabərində zibil çökəklikləri aşkarlanıb, keramika və küp parçaları, daş alətlər tapılıb.

Qeyd edək ki, saray və onun divarla əhatələnmiş hissəsinin ərazisi 20 hektardır. Hələlik bu sarayın yalnız giriş zalı və özünün bir hissəsi qazılıb. Sarayın e.ə. V əsrin birinci yarısında, 2480 il bundan əvvəl tikildiyi güman edilir.

1news.az

Paylaş:
521

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər