Masallı və Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Sabah Masallı rayonunun bir neçə kəndinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
1news.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, avqustun 17-də saat 12:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə” və Astara magistral qaz kəmərləri sahəsinin “Tüklə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Masallı rayonunun Tüklə, Zövlə, Boradigah və Bəndəlan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
1news.az
725