İran gömrük xidmətinin nümayəndələri Naxçıvanda işgüzar səfərdə olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

İran gömrük xidmətinin nümayəndələri Naxçıvanda işgüzar səfərdə olub

19:04 - 16 / 08 / 2016
İran gömrük xidmətinin nümayəndələri Naxçıvanda işgüzar səfərdə olub

İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük xidməti rəhbərlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.

1news.az-a Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, ŞərqiAzərbaycan Vilayəti Gömrüklərinin rəisi ƏləsgərAbbaszadənin rəhbərlik etdiyi nümayəndə heyətilə Naxçıvan Muxtar RespublikasıDövlət Gömrük Komitəsində görüş keçirilib.

Naxçıvan MRDövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantıAsəf Məmmədov ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətlərilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini, gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib.

Nümayəndə heyətinin rəhbəri Ələsgər Abbaszadə səmimi görüşdən məmnunluğunu ifadə edərək İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.

Görüşdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım da iştirak edib.

Danışıqlar zamanı ikitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələləri müzakirə edilib. Tərəflərsərhəd-keçid məntəqələrinin iş saatının artırılması, mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi,gömrük nəzarətində “bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin mütəmadi qaydada təşkili və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.

Birgünlük səfər proqramı çərçivəsində Naxçıvanın bir sıra görməli yerlərini gəzən qonaqlar Biznes Mərkəzində də olublar. Mərkəzlə tanışlıq zamanı qonaqlara muxtar respublikanın sosial-iqtisadi inkişafı, Naxçıvanda istehsal olunan mallar, o cümlədən ixrac potensialı olan yerli istehsal məhsulları barədə məlumat verilib.

1news.az

Paylaş:
799

Son xəbərlər

Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34
Bütün xəbərlər