İnstaqramda satış həyata keçirənlər üçün yenilik
Bütün dünyada istifadə edilən və hər hansı bir xərc olmadan satış etməyin mümkün olduğu İnstaqram kiçik şirkətlər üçün maraqlı bir yeniliyə imza atıb.
1news.az Technote-yə istinadən xəbər verir ki, bundan xəbərdar olan İnstaqram isə kiçik şirkətlərə dəstək məqsədli “Business Profiles” funksiyasını təqdim edib.
Bugünə qədər şirkət səhifəsi sahibləri İnstaqramda gələn tələblərə cavab verə bilirdilər. Ancaq bu davranış biznes etikasından kənara çıxırdı. Yeni funksiya isə istifadəçilər müştərilərin tələblərinə mail ilə cavab verə bilərkən, hətta ehtiyac duyulduğu halda telefon ilə zəng edə bilmə imkanına da sahib olacaqlar.
İnstaqramın yeni funksiyası “Business Profiles” ilə hədəf kütləyə daha rahat çatmağınız mümkündür. Belə ki, paylaşımların neçə nəfər tərəfindən görüldüyü, bəyənmə nisbətləri və ən vacibi profilin kimlər tərəfindən ziyarət edildiyi kimi məlumatlar da yeni xidmətlə təqdim olunacaq.
1news.az