Bakıda Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

19:49 - 17 / 08 / 2016
Bakıda Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası avqustun 19-da Bakıda keçiriləcək.

Azərbaycanın Pekindəki səfirliyindən verilən məlumata görə, komissiyanın 6-cı iclasında iştirak etmək üçün Çin kommersiya nazirinin müavini Çian Keminin başçılığı ilə nümayəndə heyəti avqustun 18-20-də Bakıda səfərdə olacaq.

İki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin daha da genişləndirilməsi üçün yaradılmış komissiyanın 6-cı iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov, Çin tərəfdən kommersiya nazirinin müavini Çian Kemin sədrlik edəcəklər.

AZƏRTAC

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər