Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana gətirilməsi üçün bütün sənədlər yaxınlarına verilib
İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün havalimanında sənədləşmə aparılır.
Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.
1news.az
775