Usama ben Ladenin oğlu Səudiyyə Ərəbistanında hökümət devirməyə çağırıb
“Əl-Qaidə” terror təşkilatının banisi Usama bin Ladenin oğullarından biri – Həmzə Səudiyyə Ərəbistanı vətəndaşlarını ölkədə hökümət çevrilişi etməyə çağırıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, onun sözlərinə görə, bu ölkəni “ABŞ-ın təsirindən xilas edəcək”.
O ərəbləri, lazımi döyüş təcrübəsi qazanmaq üçün Yəmndə yerləşən “Ərəbistan yarımadasında Əl-Qaidə” təşkilatına qoşulmağa çağırıb.
Qeyd edək ki, bu təşkilat 2009-cu ildə “Əl-Qaidə”-nin Səudiyyə və Yəmən bölmələrinin birləşməsi nəticəsində yaranıb.
Terrorçular Yəməndə məskunlaşıb və Səudiyyə Ərəbistanında teraktlar törədirlər.
1news.az
521