Azərbaycan 12-ci medalını qazandı | 1news.az | Xəbərlər
İdman

Azərbaycan 12-ci medalını qazandı

1news Redaksiyası00:59 - 20 / 08 / 2016
Azərbaycan 12-ci medalını qazandı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev bürünc medal görüşünə çıxıb.

1news.az xəbər verir ki, 57 kq. çəki dərəcəsi üzrə son təsəlliverici qarşılaşmada rəqib bolqarıstanlı Vladimir Dubov olub.

Görüşün əvvəlində Dubov 4 xalla irəli çıxıb. Əliyev tezliklə xallardan ikisinin əvəzini çıxıb. İkinci hissədə isə rəqibinə fənd tətbiq edərək, onun kürəyini yerə vurub.

Beləliklə, Hacı Əliyev olimpiadada Azərbaycanın aktivinə 12-ci medalı qazandırıb.

1news.az

Paylaş:
1105

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər