Deputat: “İdmançılarımız Rioda bundan sonra da Azərbaycan bayrağını qaldıracaqlar” | 1news.az | Xəbərlər
İdman

Deputat: “İdmançılarımız Rioda bundan sonra da Azərbaycan bayrağını qaldıracaqlar”

14:56 - 21 / 08 / 2016
Deputat: “İdmançılarımız Rioda bundan sonra da Azərbaycan bayrağını qaldıracaqlar”

“Azərbaycan idmançılarının Rioda keçirilən Yay Olimpiya oyunlarındakı uğurları hər birimizi sevindirir. Qazanılan hər medal, Azərbaycan bayrağının dalğalanması və himnimizin səsləndirilməsi qürurvericidir”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.

Komitə sədri qeyd edib ki, idmançılarımızın bu günə qədər qazandığı 16 medal Azərbaycanın idman sahəsində inkişafının göstəricisidir:

“Əvvəlki Olimpiya Oyunlarında olduğu kimi, bu dəfə də idmançılarımız bizi sevindirməkdə davam edir. Əlbəttə bu, ölkə Prezidenti cənab İlham Əliyevin idman və gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində idman kompleksləri var. Gənclərin bu sahəyə marağı gündən-günə artır. Bu həm idmana olan dövlət qayğısının, həm də idmançılarımızn uğurlarının sayəsində baş verir. Düşünürəm ki, idmançılarımız bundan sonra da Azərbaycan bayrağını qaldırmaqda davam edəcəklər”.

F.Muradov qızıl medal qazana bilməyən idmançılarımız barədə sosial şəbəkələrdə sələndirilən fikirlərə də münasibət bildirib:

“Bu bir yarışdır. İdmaçının qalib və məğlub olması təbiidir. Odur ki, uğurlarına sevindiyimiz kimi, məğıubiyyətlə üzləşdikləri zaman idmançılarımıza mənəvi dəstək olmalıyıq ki, növbəti uğurlara doğru onlarda ruh yüksəkliyi yaransın”.

Komitə sədri bütün idmançılarımızı təbrik edib və yeni nəaliyyətlər arzulayıb.

1news.az

Paylaş:
867

Son xəbərlər

Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11
Bütün xəbərlər