Azərbaycan Olimpiadadan 18 medalla qayıdır | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Olimpiadadan 18 medalla qayıdır

22:30 - 21 / 08 / 2016
Azərbaycan Olimpiadadan 18 medalla qayıdır

Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları başa çatıb.

1news.az xəbər verir ki, 17 gün davam edən Olimpiadada Azərbaycan 56 idmançı ilə təmsil olunub.

Bu dəfə yeganə qızıl medalı - taekvondoçu Radik İsayev qazanıb.

Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucovla Elmar Qasımov, qadın güləşçi Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində məğlub olublar və gümüş medal qazanıblar .

Taekvondoçu Patimat Abakarova, Milad Beiqi Harçeqani, boksçu Kamran Şahsuvarlı, güləşçilər Sabah Şəriəti, Rəsul Çunayev, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, kaneo və kayakda İnna Osipenko-Radomskaya isə bürünc medal qazanıb.

Olimpiadada Azərbaycan təmsilçiləri arasında komanda olaraq ən yaxşı nəticəni taekvondoçular göstəriblər. Yarışa 4 idmançı ilə yollanan millimiz 3 medal qazanıb ki, bu da 75% effektivlik deməkdi. Radik İsayevin liderlik etdiyi yığmamız bir çox ilklərə imza atıb.

Belə ki, taekvondoçularımız bu Olimpiadada ilk dəfə tam heyətlə iştirak edib. Həmçinin qadın idmançımız Patimat Abakarova (bürünc) komandaya ilk Olimpiya medalını qazanıb. Kişilər arasında ilk Olimpiya medalını isə Milad Beiqi Harçeqani (bürünc) qazanıb. Həm taekvondo yığmamızın, həm də Olimpiya heyətimizin yeganə qızıl medalını isə Radik İsayev qazanıb.

Boks yarışlarında da Azərbaycan idmançıları ilk dəfə Olimpiadada final döyüşü keçiriblər. Lorenzo Sotomayor gümüş medal qazanmaqla, daha bir ilkə imza atıb.

Braziliyaya 14 idmançı ilə yollamış güləş yığmamız isə gümüş və bürünc olmaqla 9 medal qazana bilib.

Azərbaycan Olimpiada tarixində ilk dəfə avarçəkmə idman növündə də medal qazanıb.

1news.az

Paylaş:
671

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər