Mərkəzi Bankdan devalvasiya açıqlaması
Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bunu Azərbaycan Mərkəzi Bankından bildiriliblər.
"Devalvasiya ilə bağlı şayiələr isə əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır", - deyə məlumatda vurğulanıb.
Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.
1news.az
489