ADIF: Qorunan əmanətçilərə kompensasiya məbləği bir dəfəyə tam olaraq ödənilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF: Qorunan əmanətçilərə kompensasiya məbləği bir dəfəyə tam olaraq ödənilir

11:46 - 22 / 08 / 2016
ADIF: Qorunan əmanətçilərə kompensasiya məbləği bir dəfəyə tam olaraq ödənilir

"Əmanətlərin sığortalanması haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan (ADIF) verilən xəbərə görə, əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

"Əmanətlərin sığortalanması haqqında" Qanunun 27.3-cü maddəsinə əsasən, bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.

Qorunan əmanətçilərə kompensasiya məbləği bir dəfəyə tam olaraq ödənilir, bir əmanətçiyə hissə-hissə kompensasiya ödənilməsi qanunvericiliyə ziddir və ƏSF-in proqram sistemində nəzərdə tutulmayıb.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş "Parabank" ASC, "Zaminbank" ASC, "Kredobank" ASC və "Dekabank" ASC-nin qorunan əmanətçilərinin sayı 31 min 959 nəfər təşkil edir. 17 min 786 nəfərin əmanətləri 1 manata, 11 min 534 nəfərin əmanətləri isə 1 manatdan 1000 manata qədər olanlardır. Min manatdan artıq əmanəti olan əmanətçilərin sayı 2 min 639 nəfərdir və avqustun 19-na onlardan 1915 nəfərinə (72,6 faiz) 56 min 455 min manat kompensasiya ödənilib.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən: www.adif.az əldə edə bilər, Fondla 941 nömrəli qaynar xətt, və ya 596-65-91/92/93 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

Mövzu ilə əlaqədar oxuyun:

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib     

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

1news.az

Paylaş:
940

Son xəbərlər

Bütün xəbərlər