Türkiyə Avstriyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Avstriyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

23:23 - 23 / 08 / 2016
Türkiyə Avstriyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Avstriya və Türkiyə arasında son həftələrdə davam edən gərginlik yenidən artıb. Ankara “Avstriya ilə münasibətlərə dair məsləhətləşmələr aparmaq” məqsədilə bu ölkədəki səfirini geri çağırıb.

Avstriyanın Xarici İşlər Nazirliyindən mətbuata verilən açıqlamada Avstriyanın Türkiyədəki səfiri Qeorq Oberrayterin də Ankarada Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiq ediblər.

Budəfəki gərginliyə səbəb isə avqustun 20-də Vyanada rəsmi qurumların icazəsi ilə “Türkiyədə insan haqlarının pozulması və Abdullah Öcalanın həbsinə qarşı etiraz” adlı nümayişin keçirilməsi olub. Həmin gün 300-dək polisin müşayiəti ilə təxminən 500 nümayişçi şəhərin mərkəzi küçələri ilə yürüş edərək, Avstriya Parlamenti qarşısında bəyanat səsləndiriblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Avstriya bəzi terror təşkilatlarına qarşı olsa da, Türkiyə əleyhinə fəaliyyət göstərən terror təşkilatlarına dəstək göstərir. Bu da iki ölkə arasında qarşılıqlı münasibətlərə yenidən baxılmasını tələb edir.

AZƏRTAC

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər