İtaliyada baş verən zəlzələnin qurbanlarının sayı 240-ı ötdü – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

İtaliyada baş verən zəlzələnin qurbanlarının sayı 240-ı ötdü – FOTO – YENİLƏNİB

09:50 - 25 / 08 / 2016
İtaliyada baş verən zəlzələnin qurbanlarının sayı 240-ı ötdü – FOTO – YENİLƏNİB

Son məlumatalara əsasən, İtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində 247 nəfər həyatını itirib.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbər əsasən, yayın son günləri bu ərazidə minlərlə insanın istirahət etdyini nəzərə alaraq bu rəqəmin artacağı ehtimal olunur.

Hal-hazırda sağ qalanların axtarışı davam edir.Yerli sakinlər, xilasedicilər və hətta rahiblər dağıntıları kürək, buldozer və əlləri ilə təmizləyirlər.

Yaralananlar Romanın xəstəxanalarına çatdırılır.

Qeyd edək ki, daha əvvəl 159 insanın həyatını itirdiyi qeyd edilirdi.

İtaliyada zəlzələ qurbanlarının sayı 120 nəfərə çatıb.

1news.az

21:47

İtaliyanın mərkəzində dünən gecə saatlarında baş vermiş güclü zəlzələdən sonra həlak olanların sayı artmaqdadır.

Ölkənin Mülki Müdafiə Xidmətinin yaydığı məlumata görə, zəlzələ zamanı 120-dən çox insan həlak olub, 100-dən artıq sakin isə yaralanıb.

İtkin düşənlərin sayı araşdırılır. Xilasedicilər söküntülər altında qalanları çıxarmağa çalışır. Evləri uçmuş şəxslər üçün düşərgələr təşkil edilir.

RİA Novosti

18.50

İtaliyada zəlzələ qurbanlarının sayının artaraq 73 nəfərə çatdığı bildirilir.

Bu barədə İtaliya Mülki Müdafiə Xidməti məlumat yayıb.

İktin düşənlərin sayı barədə hələ dəqiq məlumat verilmir. Təqribən 100 nəfərin xəsarət aldığı bildirilir.

Reuters 

18.25

İtaliyada baş vermiş güclü zəlzələ zamanı ən azı 38 nəfər həlak olub.  

Bu haqda avqustun 24-də ölkənin Vətəndaş Müdafiəsi Milli Xidmətinin rəhbəri İmmakolato Postilone mətbuat konfransı zamanı bəyan edib.

Daha əvvəl həlak olanların sayının 22-yə çatdığı qeyd olunurdu.

Postilone əvvəlcə jurnalistlərə 37 qurbanın – 27 nəfərin Akkumoli və Amatriçe şəhərlərində həlak olduğunu, daha 10 nəfərin isə Arkuata-del-Trontoda öldüklərini bildirib. Mətbuat konfransının sonunda o, həlak olanlarla bağlı yeni məlumatları jurnalistlərin nəzərinə çatdırıb.

Postilonenin sözlərinə görə, itkin düşənlərin sayı dəqiq bilinmir. Həlak olanların sayı arta da bilər. Təbii fəlakət dağlıq ərazidə baş verdiyi üçün xilasedici əməliyyatların həyata keçirilməsi çətindir.

Lenta.Ru

12.08

İtaliyanın qan donorları-könüllülər asossiasiyası (Avis) vətəndaşları ölkədə bu gecə  baş verən güclü zəlzələ zamanı zərər çəkənlər üçün qan verməyə çağırıb.

Müvafiq müraciəti Avis-in Rieti əyalətindəki regional bölməsi yayıb.

“Bu gecə baş verən güclü zəlzələ ilə bağlı bütün qruplardan qan lazımdır”, - Avis-in rəsmi Facebook səhifəsindəki məlumatda qeyd olunur.

İlk təkan yerli vaxtla saat 03.36 radələrində 6,0 bal gücündə baş verib. Zəlzələnin episentri Akumoli şəhərinin mərkəz hissəsində dörd kilometr dərinlikdə yerləşir.

İkinci təkan isə yerli vaxtla saat 04.34 radələrində 5,4 bal gücündə qeydə alınıb. Zəlzələ dalğası İtaliyanın bir sıra şəhərlərində, eləcə də Roma və Bolonyada da hiss olunub. Dağıntılar əsasən üç bölgədə - Lasio, Umbriya və Markedə müşahidə olunub.

Hazırda 14 nəfərin həlak olduğu barədə məlumatlar qeydə alınıb. Lakin ölkənin milli təhlükəsizlik naziri Fabrisio Kurçonun bəyan etdiyinə görə, xilasedicilər həlak olanları hesablamaqdan yayınır, belə ki, hadisədən çox az zaman keçib.

RİA Novosti

09.21

İtaliyanın mərkəzində 6,1 bal gücündə baş vermiş güclü zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub.

1news.az APA-ya istinadən xəbər verir ki, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir.

Bu barədə Amatriçe şəhərinin meri Sercio Pirozzinin bəyanatında bildirilir.

Ölənlər barədə hələlik məlumat daxil olmayıb.

Qeyd edək ki, İtaliyanın mərkəzi hissəsində zəlzələ baş verib.

1news.az

Paylaş:
1415

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər