Azərbaycanın daha 4 şirkəti Rusiyaya ət və süd məhsulları ixrac edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın daha 4 şirkəti Rusiyaya ət və süd məhsulları ixrac edəcək

13:09 - 25 / 08 / 2016
Azərbaycanın daha 4 şirkəti Rusiyaya ət və süd məhsulları ixrac edəcək

Məlumat verildiyi kimi, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının Moskva şəhərində növbəti görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracı ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin müvafiq qərarı ilə toyuq əti istehsal edən “Qəbələ Quşçuluq” ASC, hazır ət məhsulları istehsal edən “Səhliyalı” MMC, süd və süd məhsulları istehsal edən “Biləsuvar Aqro” MMC və “Pal Food” MMC Xidmət tərəfindən aparılan reyestrə daxil edilmiş və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiya Federasiyasına ixrac edilməsinə icazə verilib.

Beləliklə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının fəaliyyəti dövründə indiyədək 12 Azərbaycan şirkəti Rusiya Federasiyasına məhsullarını ixrac etmək üçün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə daxil edilib.

Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

1news.az

Paylaş:
587

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər