Kanada şirkəti Azərbaycanın qurudakı yataqlar blokundan neft hasilatına başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kanada şirkəti Azərbaycanın qurudakı yataqlar blokundan neft hasilatına başlayıb

11:11 - 25 / 08 / 2016
Kanada şirkəti Azərbaycanın qurudakı yataqlar blokundan neft hasilatına başlayıb

Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokundan saziş çərçivəsində gündəlik təxminən 300 barel ilk neftini hasil edib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. Yataqlar blokunda əməliyyatı “Zenith Aran Oil Company” və SOCAR-ın yaratdığı "Aran Oil" əməliyyat şirkəti aparır.

Xatırladaq ki, bu il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (PSA) imzalanıb. Saziş bu il iyunun 14-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Gələcəkdə bu saziş daha 5 il müddətinə də artırıla bilmək imkanı da olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Qeyd edək ki, “Zenith Aran Oil Company Ltd.” şirkəti bun yatağın istifadəsində mövcud yerli kadrların istifadəsini davam etdirəcək və beynəlxalq təcrübəni bu yataqda istifadə edəcək.

1news.az

Paylaş:
611

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər