Gənclər və idman naziri Şimal rayonlarının sakinlərini qəbul edəcək | 1news.az | Xəbərlər
İdman

Gənclər və idman naziri Şimal rayonlarının sakinlərini qəbul edəcək

11:58 - 25 / 08 / 2016
Gənclər və idman naziri Şimal rayonlarının sakinlərini qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov avqustun 26-da Quba rayonunda vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba                          050 200 27 37, 070 202 27 37

Qusar                          055 435 76 16, 070 317 24 13

Siyəzən                       055 694 53 76, 050 569 43 76

Şabran                        055 612 26 62, 050 351 79 05

Xaçmaz                       055 578 35 99, 050 270 80 60

1news.az

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər