Əhməd Davudoğlu: “Bu körpü Azərbaycanı Avropa ilə birləşdirəcək” | 1news.az | Xəbərlər
Dünya

Əhməd Davudoğlu: “Bu körpü Azərbaycanı Avropa ilə birləşdirəcək”

20:50 - 26 / 08 / 2016
Əhməd Davudoğlu: “Bu körpü Azərbaycanı Avropa ilə birləşdirəcək”

Yeni Yavuz Sultan Səlim körpüsü Azərbaycanı Avropa ilə birləşdirəcək”.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu Bosfor üzərində üçüncü körpünün açılış mərasimində deyib.

Onun sözlərinə görə, "Yavuz Sultan Səlim" körpüsü bütün dünya üçün mühüm layihədir.

Qeyd edək ki. bu gün Türkiyədə Bosfor boğazı üzərində Yavuz Sultan Səlimin adını daşıyan üçüncü körpünün açılış mərasimi keçirilir.

Körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü isə 320 metrdir. Körpü üzrə gediş haqqı 3 dollar təşkil edəcək. Layihənin dəyəri 3 milyard dollardır.

1news.az

Paylaş:
717

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər