“Apple” özünün sosial şəbəkəsini yaradır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Apple” özünün sosial şəbəkəsini yaradır

1news Redaksiyası21:53 - 26 / 08 / 2016
“Apple” özünün sosial şəbəkəsini yaradır

“Apple” korporasiyası “Facebook”, “SnapChat” və “Instagram” əsasında özünün sosial şəbəkə üçün tətbiqini hazırlayır.

1news.az “Report”a istinadən xəbər verir ki, burada videoçarx çəkmək, filtrlər vasitəsilə onları redaktə etmək və digər istifadəçilərlə bölüşmək mümkün olacaq.

Həmçinin yeni proqramda ünsiyyət imkanı yaranacaq.

“Apple” əməkdaşlarının verdiyi məlumata görə, sosial şəbəkədə “Instagram”da olduğu kimi, kvadrat formalı videodan istifadə olunacaq.

Ümumiyyətlə, şirkət sosial şəbəkələrin populyarlığından maksimum faydalanmaq niyyətindədir və proqram üzərində “Final Cut Pro və iMovie” tətbiqinin yaradacı komandası işləyir.

1news.az

Paylaş:
1094

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər