SOCAR və 4 ölkə arasında “İon Adriatik” Boru kəməri ilə bağlı memorandum imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR və 4 ölkə arasında “İon Adriatik” Boru kəməri ilə bağlı memorandum imzalanıb

13:03 - 27 / 08 / 2016
SOCAR və 4 ölkə arasında “İon Adriatik” Boru kəməri ilə bağlı memorandum imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə dünən Anlaşma Memorandumu imzalanıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, imzalanma avqustun 25-26-da keçirilən Dubrovnik Forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğu 516 km təşkil edir. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr  olması nəzərdə tutulur.

1news.az

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər