Polisin çimərlikdəki müsəlman qadına qarşı güc tətbiq etməsinə britaniyalıların qeyri-adi reaksiyası – FOTO – VİDEO
Polis kobud şəkildə müsəlman xanıma yaxınlaşaraq üst geyimini (burkini) soyunmağı tələb edib. Belə ki, bu formada o, terrorçuya oxşayır və cəmiyyət üçün təhlükə yaradır.
Əslində britaniyalı həvəskarlar eksperiment keçirmək qərarına gəlir. Onlardan biri polis kimi, eksperimentin ikinici iştirakçısı - müsəlman plyaj geyimi olan burkinidəki qıza yaxınlaşır. Üçüncü nəfər isə bütün olanları gizli kameraya çəkir.
“Mirror” nəşrinin yazdığına görə, eksperimentdəki “polis” ilk olaraq qıza sözlə, daha sonra isə fiziki təzyiqlə, demək olar ki, başındakını çıxarmaqla hücum edir. Təcrübə İngiltərənin cənub-şərqində Esseks qraflığında keçirilir.
Bütün bu müddətdə istirahət edənlər hadisəyə seyirçi qalırlar, heç kəs yaxınlaşmır. Polis sözdən fiziki təzyiqə keçdikdən sonra dərhal onların yanına iki qadın yaxınlaşır. Onlar polisin qadına qarşı münasibətini emosional şəkildə sübut edirlər ki, o bu hərəkəri ilə qadının vətəndaşlıq hüquqlarını pozur.
Təcrübə göstərdi ki, müsəlman xanımı müdafiə etmək üçün polisə yaxınlaşmaqdan çəkinməyənlər afrika-amerikalı və asiyalılar idi. Ağ dərili cütlük isə - əvvəldən sonadək bütün olanlara qarışmayaraq sadəcə olaraq izləyirlər.
“Sizin özününzü bu cür aparmamlısınız. Bu, dini məsələdir. O qadın – şəxsiyyətdir, onun dini inanclarına görə ayrı-seçkilyi məruz qoya bilməzsiniz”, - bu sözləri polisə yaxınlaşan qadınlardan biri söyləyib.
Daha sonra qadınlara bunun sosial eksperiment olduğu bildirilir.
“Elə əsəbiyəm ki, sanki indi ağlayacağam. Bütün olanlardan qəzəbliyəm”, - digər qadın bildirir.
1news.az