ADIF: 9 bankın qorunan əmanətçilərinə 232 milyon manatdan artıq kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF: 9 bankın qorunan əmanətçilərinə 232 milyon manatdan artıq kompensasiya ödənilib

16:30 - 02 / 09 / 2016
ADIF:  9 bankın qorunan əmanətçilərinə 232 milyon manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sentyabrın 1-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 milyon 211 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 37 milyon 168 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 15 milyon 931 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilib.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan verilən xəbərə görə, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 76 milyon 969 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 10 milyon 790 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 9 milyon 371 min manatı "Atrabank"ın, 1 milyon 419 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 630 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 586 min manatdan çoxdur.

Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 232 milyon 345 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Mövzu ilə əlaqədar oxuyun:

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib     

ADIF: 9 bankın qorunan əmanətçilərinə 226 milyon manatdan artıq kompensasiya ödənilib

1news.az

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər