Özbəkistan prezidentinin öldüyü təsdiqləndi | 1news.az | Xəbərlər
Dünya

Özbəkistan prezidentinin öldüyü təsdiqləndi

20:16 - 02 / 09 / 2016
Özbəkistan prezidentinin öldüyü təsdiqləndi

Özbəkistan hökuməti ölkə prezident İslam Kərimovun vəfat etməsi barədə  xəbərləri təsdiqləyib.

1news.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Özbəkistan hökumətinin saytına istinadən məlumat yayıb.

İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.

Xatırladaq ki, gün ərzində "Reuters" agentliyi üç diplomatik mənbəyə istinadən İ. Kərimovun vəfat etməsi barədə xəbər yaymışdı.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

1news.az

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər