Obama: Çevrilişə cəhdi təşkil edənlərin məsuliyyətə cəlb olunmasında ABŞ Ankaraya kömək etmək niyyətindədir – FOTO – YENİLƏNİB
Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası məsələsi ilə bağlı sənədlər hələ hərbi çevrilişindən əvvəl ABŞ-a göndərilib.
Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Çində keçirilən “Böyük İyirmilik” (G20) Sammitindən sonra keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
Öz növbəsində Barak Obama isə bəyan edib:
“Türkiyə İŞİD-lə mübarizədə NATO və beynəlxalq koalisiyanın ən güclü müttəfiqidir. İki ölkə arasında ordu, təklükəsizlik qüvvələri və kəşfiyyat qurumları arasında əməkdaşlıq İŞİD döyüşçülərini Suriya və Türkiyə sərhədindən geri çəkilməyə imkan verdi. İndi isə başladğımızı işi sona çatdırmalıyıq”.
Obama qeyd edib ki, hərbi çevrilişdən sonra Türkiyə prezidenti ilə görüşməyə indi müvəffəq olundu:
“Türkiyə xalqı ölkədə hərbi çevrilişə cəhddən sonra küçələrə çıxaraq demokratiya və demokratik institutlara sadiqliklərini bir daha sübut etdi”.
ABŞ prezidenti bəyan edib ki, Amerika çevrilə cəhd edənləri aşkar edilərək məhkəməyə çıxmaqlarının tərəfdarıdır.
Obama həmçinin Türkiyədə baş verən terror aktı zamanı həlak olanların ailə üzvlərinə başsağlığı verib və qeyd edib ki, terror bəşəriyyətin ümumi problemidir:
“Terrorla mübarizədə Türkiyənin yanındayıq və hər zaman türk xalqının kədərinə şərikik”.
Həmçnin türkiyəli həmkarı ilə görüş zamanı Suriyada münaqişənin dayandırlması və sülh şəraitinə keçidlə bağlı məsələlər də müzakirə olunub:
“Vaşinqton və Ankara birlikdə çalışaraq Suriya vətəndaşlarının təhlükəsiz yaşayışını və regiondakı sabitliyi bərpa edəcək. Bir daha türk xalqına Suriya qaçqınlarını öz ölkələrində qonaq etdikərinə və onlara göstərilən humanitar yardıma görə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə İraq, Surya qaçqınlarına humanitar yardımın göndərilməsi məsələsində aparıcı rol oynayıb, eləcə də çoxlu sayda qaçqına öz ölkəsində sığınacaq verib”.
“Prezident Ərdoğana daha əvvəl də bildirdiyim kimi, Türkiyə qaçqınlara görə bütün yükü öz üzərinə götürməməlidir. Sübut etmək istəyirik ki, bu məsələdə Ankaraya dəstək göstəcəyik”, - deyə Obama bildirib.
1news.az
04 sentyabr 13:12
Çində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Barak Obama arasında görüş olub.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, dövlət başçıları “Böyük İyirmilik” (G20) Sammiti çərçivəsində bir araya gəliblər.
Görüş təxminən 45 dəqiqə davam edib. Görüş zamanı prezidentlər Suriya münaqişəsinin nizamlanması daxil olmaqla, bir neçə mühüm məsələni müzakirə ediblər.
Türkiyə prezidenti vurğulayıb ki, bütün terror təşkilatlarına qarşı eyni mövqe ortaya qoymalıyıq, yaxşı və pis terrorçu yoxdur:
“Türkiyədə terror və hərbi çevriliş cəhdinin arxa-arxaya gəlməsi diqqət çəkir. Türkiyə Suriyada və İraqda terrora qarşı mübarizə aparır. Təmənnamız odur ki, Türkiyənin cənubunda, Suriyanın şimalında bir terror koridoru yaranmasın. Koalisiya ortaqlarımızla bu sahədə mübarizə aparırıq və bu mübarizədən qalib çıxacağımıza inanıram”.
Qeyd edək ki, PKK terror təşkilatının Suriya qolu olan PYD Suriyanın şimalında, Türkiyə sərhədi boyunca elan etdiyi 3 kontonu birləşdirərək dövlət yaratmağa çalışır. Suriyada müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatını həyata keçirən Türkiyə əsas məqsədlərindən birinin də PYD-nin koridor yaratmasının qarşısını almaq olduğunu dəfələrlə bəyan edib.
1news.az