Tehranda metro tikintisi zamanı çöküntü baş verib: 15 nəfər xəsarət alıb
Tehranda metro xətlərindən birinin dağılması zamanı ən azı 15 nəfər xəsarət alıb, bu haqda Tasnim agentliyi xəbər yayıb.
“Hazırda yanğınsöndürənlər dağıntılar altında qalmış 5 nəfəri xilas edir”, - bunu İranın yanğınsöndürmə xidmətinin nümayəndəsi Seyyid Cəlal Maleki bildirib.
Agentliyin məlumatına görə, tunelin bir hissəsi dağılıb. Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.
RİA Novosti
798