Rusiya bayrağını dalğalandırdığı üçün cəzalandırıldı | 1news.az | Xəbərlər
Dünya

Rusiya bayrağını dalğalandırdığı üçün cəzalandırıldı

21:25 - 08 / 09 / 2016
Rusiya bayrağını dalğalandırdığı üçün cəzalandırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dünən Rio-2016 Paralimpiya Oyunlarının açılışında Rusiya bayrağını dalğalandırdığı üçün Belarus nümayəndə heyətinin rəsmisi Andrey Fomoçkini cəzalandırıb.

1news.az-ın Bizim Yol-a istinadən verdiyi məlumata əsasən, BOK-un mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, A.Fomoçnikin akkreditasiyası ləğv edilib. Bu isə o deməkdir ki, o, oyunların gedişatını rəsmi səviyyədə izləyə bilməyəcək.

Qeyd edək ki, sözügedən şəxs Rusiya paralimpiya milli komandasının Rio-2016-ya buraxılmamasına etiraz olaraq açılış mərasimində Rusiyanın bayrağını dalğalandırıb.

1news.az

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər